20 yanvar 2022 22:32
639

Yardımlıda 20 Yanvar qurbanlarının xatirəsi yad edildi FOTO

Dağlar diyarı Yardımlı rayonunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olmuş anma mərasimi keçirdildi. Rayon İcra Hakimiyyəti başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının, ictimai-siyasi təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri pandemiya ilə əlaqədar karantin qaydalarını gözləməklə Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə tər çiçəklər düzdülər və şəhidlərin xatirəsini ehtiramla yad etdilər.

Anma mərasimdə RİH başçısı Ayaz Əsgərov çıxış etdi: “1990-cı ilin Qanlı 20 Yanvar faciəsində Azərbaycan xalqının həm də mübarizliyi, məğrurluğu nümayiş olundu. Ulu Öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoymaqla, öz ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Xalqımız 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda özlərini qurban vermiş oğul və qızlarını unutmur. İndi 32 ildir ki, yanvarın 20-si saat 12:00-da respublikamızın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, onların ruhuna ehtiram göstərilir, əziz xatirələri uca tutulur.”

Ölkəmiz də olduğu kimi, Yardımlı Rayon İcra Hakimiyyəti də şəhid ailələrinə, Vətən naminə sağlamlığını itirənlərə , ümumiyyətlə, müharibə iştirakçılarına daim dəstək olur, onların qayğıları ilə maraqlanır, lazımi köməklikləri göstərir.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü