20 yanvar 2022 22:45
704

Məmmədyarov növbəti qələbəsini qazanaraq lider olub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində ikinci qələbəsi qazanıb.

“İki sahil” xəbər verir ki, 37 yaşlı qrossmeyster ustaların mübarizəsində V turda yerli iti zəka sahibi Yorden van Foresti üstələyib. Qara fiqurlarla oynayan Məmmədyarov 44-cü gedişdə rəqibini təslim olmağa məcbur edib.

Hazırda 3,5 xala malik Azərbaycan təmsilçisi hindistanlı Vidit Santoş Qucrati ilə birlikdə hərəyə 3,5 xalla ilk 2 pilləni bölüşür.