Azərbaycan şahmat millisinin üzvü Teymur Rəcəbovla RSFSR Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakovanın nikah mərasimi baş tutub.
“İki sahil” xəbər verir ki, bu barədə T.Rəcəbov İnstaqram səhifəsində “I Love You!” (Səni sevirəm) yazaraq paylaşım edib.
Tanınmışlar cütlüyü təbrik edib, xoşbəxtlik arzulayıblar.