03 may 2025 09:13
130

Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib

Oğuz rayon sakini, 29 yaşlı Kənan Əzizov idarə etdiyi “Toyota Prius” minik avtomobili ilə Bayan kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi törədib.

Avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Avtomobildəki sərnişin, 25 yaşlı Ürfan Məcidov isə hadisə yerində ölüb.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, müalicəsi davam etdirilir.

Qəzanın səbəbləri araşdırılır.

AZƏRTAC