24 yanvar 2022 22:46
800

Sarkisyan istefa verib, yoxsa qovulub?

Ermənistan hakimiyyəti respublikada prezident idarəçiliyi sisteminin bərpası imkanlarını müzakirə edir.

“İki sahil” xəbər verir ki, bu fikirlərlə erməni politoloq, "Voskanapat" Analitik Mərkəzinin direktoru Qrant Məlik-Şahnazaryan bölüşüb.

"Əgər bu addımda Ermənistanın baş naziri tam qərarlıdırsa, Armen Sərkisyanın istefası ölkənin konstitusiyasında faktiki dəyişiklik prosesini göstərə bilər. Yəni bu halda Sərkisyan tutduğu vəzifəsindən məcbur qovula da bilərdi", - deyə ekspert qeyd edib.