11 fevral 2022 13:03
1351

Ruslan Əliyev: Abonentlərin 98%-i ötən ay aşağı istehlak tarifini keçməyib

Bu ilin yanvar ayında əhali qrupu üzrə abonentlərin 98%-ə yaxını ən aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək) keçməyib.

“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, qeyd olunan limiti keçməyən abonentlərin sayı 2 360 234 təşkil edib.

R. Əliyevin sözlərinə görə, 1 200 kubmetrədək olan qaz istifadəsi limitini hesabat dövründə 2,1 və ya 50 628 abonent keçib.

Xatırladaq ki, ötən ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edildi. Qərara əsasən əhalinin illik istehlakının 1 200 m3-dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırıldı. Əhali üçün 1 200-2 500 m3-dək və 2 500 m3-dən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanıldı. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırıldı.