Gürcüstanın qərbində, beynəlxalq dərəcəli avtomagistralın Xaşuri-Surami hissəsində qəza baş verib. Nəticədə 18 nəfər müxtəlif dərəcəli, ağır bədən xəsarətləri alıb.
"İki sahil" xəbər verir ki, yaralılardan üçünün vəziyyəti ağırdır.
Bildirilir ki, Zuqduqidən Tbilisiyə gələn avtobus idarəetməni itirərək yolun kənarındakı çökəkliyə düşüb.
Hadisə yerinə təcili-tibbi yardım maşınları gəlib, polis səfərbər olunub.
Hazırda yaralılar Tbilisi və ətraf rayonlardakı xəstəxanalara aparılır.
Qəzanın əsas baş vermə səbəbləri araşdırılır.