“Dünyanın ən rəqəmsal neft emalı zavodlarından biri, SOCAR-ın Türkiyədəki aktivi olan “Star” neft email zavodu (NEZ) ən yeni texnologiyalarla dizel, nafta, reaktiv yanacaq və LPG kimi neft məhsulları istehsal edir.”
“İki sahil” xəbər verir ki, bu fikirlər SOCAR-ın sosial şəbəkədəki paylaşımında qeyd olunur.
Paylaşımda bildirilir ki, zavodun emal gücü 10 milyon ton həcmində müəyyənləşdirilsə də, “Star” NEZ 2021-ci ildə istehsal planını artıraraq bu həcmi 11 milyon tona çatdırıb: “Hədəfimiz istehsal gücümüzü 13 milyon tona yüksəltməkdir. Bu istiqamətdə əməyimizi səfərbər etmişik, var gücümüzlə çalışırıq.”
Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələri üçün təşkil olunan silsilə məlumatlandırma sessiyaları başa çatıb
Gənc media nümayəndələri SOCAR-ın dekarbonizasiya strategiyası və yaşıl enerji gündəliyi barədə məlumatlandırılıblar - FOTO