02 mart 2022 13:02
1036

Eldar Mahmudovun vəfat etməsi xəbəri yayılıb

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəfat etməsi xəbəri yayılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə ilk məlumatı e-huquq.az saytı yayıb. Bildirilir ki, keçmiş nazir ötən axşam bağ evində ürək çatışmazlığından dünyasını dəyişib.

Xəbər qısa müddətdə sosial şəbəkələrdə geniş rezonansa səbəb olub.

Qeyd edək ki, 65 yaşlı E.Mahmudov 2004-2015-ci illərdə MTN-ə rəhbərlik edib.