03 mart 2022 15:15
1393

Azərbaycanda ən az və ən çox şagirdi olan məktəblər hansılardır?

Azərbaycanda ən çox və ən az şagirdi olan məktəblər açıqlanıb.

Təhsil Nazirliyindən “İki sahil”ə bildirilib ki, ən az şagirdi olan məktəb Qusar rayon Çətkün kənd ibtidai məktəbidir. Məktəbdə 1 şagird təhsil alır, 2 müəllim çalışır.

Qeyd edilib ki, ən çox şagirdi olan məktəb isə Abşeron rayon Xırdalan şəhər 2 nömrəli tam orta məktəbidir. Məktəbdə 6254 şagird təhsil alır və 426 müəllim çalışır