09 mart 2016 22:03
176

Növbəti konsert torpaq çərşənbəsinə həsr olunacaq

Martın 15-də Beynəlxalq Muğam Mərkəzində Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri geniş konsert proqramı ilə çıxış edəcəklər.

Muğam mərkəzindən AZƏRTAC-a bildirilib ki, torpaq çərşənbəsinə həsr olunacaq konsertdə bahar müjdəli musiqilər sələndiriləcək.

Qeyd edək ki, torpaq çərşənbəsində halal zəhmətə çağırış, torpağa məhəbbət vardır. Bu çərşənbədə təbiət qış yuxusundan oyanır, torpağın donu açılır, insanların ovqatı təzələnir. Əslində elə Novruzun özü, torpağın oyanması yeni əkin mövsümünün başlanması ilə səciyyəvidir. Torpaq bütün canlılara həyat verir və uca Allahın yaratdıqlarının hamısı, o cümlədən insanlar onun qoynuna sığınırlar.