26 mart 2022 10:29
535

Azərbaycanda aparılan islahatlar ölkəmizin nüfuzunun artmasına xidmət edir

Son illər ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə geniş struktur islahatlarına start verilib. Məqsəd idarəetmə mexanizmini təkmilləşdirmək, ölkəmizin hərtərəfli inkişafını sürətləndirməkdən ibarətdir.

2020-ci il mart ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilmiş altıncı çağırış Milli Məclisin ilk iclası növbəti  dövrdə ölkəmizdə həyata keçirilən  ictimai-siyasi proseslərin istiqamətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edən  mühüm hadisə idi. Prezident cənab İlham Əliyevin Milli Məclisdə məzmunlu və geniş  çıxışında növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi yeni tərkibdə formalaşan parlamentin fəaliyyətini  yeni tələblər baxımından davamını başlıca əsas şərt kimi qarşıya qoyaraq deputatların mühüm rolunu qeyd etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə başlanan proses hər bir vətəndaş tərəfindən böyük rəğbətlə qarşılandı. VI çağırış Milli Məclisin formalaşmasında və ötən müddət ərzində həyata keçirilən fəaliyyət parlamentin nüfuzunu daha da artmasına səbəb olmuşdur.  Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışı da bu orqanın qarşısında dayanan mühüm vəzifələrin müəyyən edilməsinə mühüm töhfə idi. Prezident İlham Əliyev  bildirmişdir ki, ölkəmizdə bütün sahələri əhatə edən islahatlar qanunveicilik sahəsini də əhatə edəcəkdir. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir.  Cənab Prezident deputatlar qarşısında ilk növbədə, qanunvericilik sahəsində böyük vəzifələrin durduğunu bildirərək qeyd etmişdir ki,  parlamentin əsas işi qanunvericilikdir. Cənab Prezident tövsiyə etmişdir ki, qanunvericilik sahəsində nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilməlidir. Mövcud olan qanunların təlmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır.

Bu gündə ölkəmizdə həyata keçirilən geniş  islahatlar öz bəhrəsini verməkdədir. Hazırki dövrdə tarixi zəfərimizin yaratdığı yeni reallıqlar fonunda Milli Məclis beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətində də mühüm addımlar atmaqdadır. Formalaşmış parlament ötən iki il ərzində öz müsbət töhfələrini vermişdir.Yeni qanunların qəbul edilməsi zərurətə çevrilmişdir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbəmizdən  sonra işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri uğurla həyata keçirilməkdədir. 2022-ci ilin dövlət büdcəsində də bu istiqamətdə böyük vəsait ayrılıb. Milli Məclis də öz növbəsində yeni tələblərə uyğun olaraq qanunlar qəbul edir, həmçinin qanunları yenilənməsi  üçün onlara əlavə və dəyişikliklər edir. Bu addımların təməlində məhz  dövlətimizin daha da qüdrətlənməsi, xalqın rifahının təmin edilməsi və vətəndaş məmmunluğunun artırılması dayanır.

Aparılan bütün islahatlar Azərbaycan xalqının əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamasına xidmət edir. Ölkə ictimaiyyəti cənab Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar siyasətini yüksək qiymətləndirir.

Əli Paşayev,
YAP Tərtər rayon təşkilatının əməkdaşı