15 may 2026-cı il tarixində Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans çərçivəsində mühüm əməkdaşlıq sənədi imzalanıb. Belə ki, konfrans zamanı BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
“İki sahil” xəbər verir ki, memorandumun əsas məqsədi tərəflər arasında elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, innovativ yanaşmaların təşviqi, eləcə də tədris prosesinin təkmilləşdirilməsidir. Sənəd çərçivəsində memarlıq, şəhərsalma və mühəndislik sahələrində birgə layihələrin həyata keçirilməsi, konfrans və seminarların təşkili, beynəlxalq əməkdaşlıq imkanlarının artırılması nəzərdə tutulur.
Qeyd edilib ki, bu əməkdaşlıq ali təhsil müəssisələri arasında inteqrasiyanın gücləndirilməsi, ölkənin davamlı şəhər inkişafı strategiyasına töhfə verəcək yüksək ixtisaslı kadrların hazırlanması və elmi potensialın daha səmərəli şəkildə birləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Memorandumun imzalanması beynəlxalq konfransın mühüm nəticələrindən biri kimi qiymətləndirilir və gələcəkdə birgə fəaliyyət üçün geniş perspektivlər açır.
Bağçalara elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılır
Şükürbəyli kəndində 635 fərdi ev istifadəyə verilib, müxtəlif sosial obyektlər inşa edilib
19 apreldə keçirilən imtahanların nəticələri elan olunub, bir nəfər maksimal bal toplayıb