06 noyabr 2019 16:26
86

30 bələdiyyəyə 284 nəfər YAP üzvünün namizədliyi irəli sürülüb - FOTO

Kürdəmirdə  YAP-nın bələdiyyə üzvlüyünə namizədlikləri irəli sürülən  şəxslərin imzatoplama kampaniyası davam edir 

Kürdəmirdə dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən bələdiyyə üzvlüyünə namizədlikləri  irəli sürülən şəxslərin imzatoplama kampaniyası davam edir. Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatından rayon üzrə mövcud 30 bələdiyyəyə 284 nəfər üzvün namizədliyi irəli sürülüb. 57 saylı  saylı Kürdəmir seçki  dairəsi üzrə 174 ,  65  saylı Saatlı-Sabirabad-Kürdəmir  seçki dairəsi üzrə 92 , 58  saylı Hacıqabul–Kürdəmir seçki dairəsi üzrə 18  namizəd üçün tələb olunan bütün sənədlər müvafiq imza vərəqələri götürülərək imzatoplama kampaniyasına başlanılıb.

Qeyd edək ki, namizədlərin 35  faizini   gənclər, 45  faizini  isə qadınlar təşkil edir. Hər bir fəal imza vərəqəsini doldurmaq üçün müvafiq bələdiyyələrin əhatə etdiyi ərazilər üzrə sakinlərlə görüşüb, eyni zamanda rayon təşkilatının qərargahında da  imza toplanılır.  Kürdəmirlilər bu prosesdə yüksək  fəallıq göstərirlər.

Orxan Vahidoğlu, “İki sahil”