08 aprel 2022 17:08
1597

Rusiya əhalisinin sayı açıqlanıb

Rusiyada 2021-ci il ümumrusiya əhali siyahıya alınmasının ilkin nəticələri açıqlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Rosstat”ın rəhbəri Pavel Malkov bildirib.

"Təxmini hesablamalara görə, ölkə əhalisinin sayı 147 milyon nəfərdir. Burada daha xırda dəqiqləşdirmələr olacaq, biz məlumatların işlənməsini başa çatdırırıq. Amma bu rəqəmdən kənarlaşmalar 0,3 faizdən çox olmayacaq. Yəni, indi deyə bilərik ki, ötən il oktyabrın 1-nə olan məlumata görə ölkədə 147 milyona yaxın insan daimi yaşayıb”, - deyə Rosstan rəhbəri vurğulayıb.