İsrail 2021-ci ildə 11,3 milyard dollarlıq silah satıb ki, bu da 2020-ci ildəkindən 3 milyard dollar daha çoxdur.
"İki sahil" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
"İsrailin silah ixracı 2021-ci ildə 11,3 milyard dollar təşkil edərək yeni rekorda imza atıb. İmzalanan yeni müqavilələrin sayı 2020-ci illə müqayisədə 30 faizdən çox artıb", - deyə Nazirlikdən bildirilib.
Qeyd edilib ki, 2021-ci ildə İsrailin silah ixracının əsas hissəsini raketlər, reaktiv mərmilər və hava hücumundan müdafiə sistemləri (20%), təlim xidmətləri (15%), PUA-lar və pilotsuz sistemlər (9%), radarlar və radioelektron mübarizə sistemləri (9%), pilotlu təyyarələr və avionika (9%), müşahidə və optoelektronika (5%), döyüş modulları və buraxılış qurğuları (7%), nəqliyyat vasitələri və zirehli daşıyıcılar (7%), rabitə sistemləri (6%), kəşfiyyat və kiber sistemlər (4%), döyüş sursatları (4%) təşkil edib.