2006-2021-ci illər ərzində SOCAR tərəfindən 2819,57 hektar sahə tullantılardan təmizlənib.
“İki sahil” xəbər verir ki, SOCAR bu barədə sosial şəbəkədə paylaşım edib.
Paylaşımda qeyd olunur ki, bu, 56 ədəd Bakı stadionunun ərazisi boyda sahədir.
Qeyd olunub ki, tullantıların bir hissəsi təkrar emal olunub, bir hissəsi isə tullantıların idarə edilməsi mərkəzinə göndərilib:
"2021-ci ildə SOCAR tərəfindən əməliyyat şirkətlərinin və birgə müəssisələrin 56,57 hektar ərazisi tullantıdan təmizlənib. Son 10 ilə 1111 hektar ərazi tullantılardan təmizlənib. Bu sahə təxminən 5 Monako dövləti ərazisi qədərdir", - məlumatda qeyd olunur.