Ebru Gündeş və həyat yoldaşı Rza Zərrab məhkəmədə qalib gəliblər. Jurnalist Öncel Öziçermüğənniyə və həyat yoldaşına mənəvi təzminat ödəyəcək.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalistin "Ebru Gündeş qızıl qəfəsdədirmi?" başlıqlı yazısı müğənnini olduqca əsəbləşdirib. 20 min lirə (təxminən 11 min manat ) təzminat iddiası ilə məhkəməyə müraciət edən ifaçı istəyinə nail olub. O bildirib ki, jurnalist onu xəbərdə "qürursuz qadın" kimi qələmə verib.
Məhkəmənin son qərarına əsasən, jurnalist Ebru Gündeşə 3500 lirə (təxminən 2000 manat), Zərraba da 3500 lirə olmaqla ümumi 7 min lirə (təxminən 4000 manat) mənəvi təzminat ödəməli olacaq.
Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub