Mayın 10-da Azərbaycanın Meksikadakı Səfirliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə anım mərasimi keçirilib.
Səfirlikdən "İki sahil"ə verilən məlumata görə, Meksikada Azərbaycanın meksikalı dostları və bu ölkədə yaşayan soydaşlarımızın iştirakı ilə keçirilmiş tədbirdə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub, büstünün önünə gül dəstəsi qoyulub.
Mərasimdə çıxış edən səfir Məmməd Talıbov qonaqlara müasir Azərbaycanın banisi olan Ulu Öndərin müstəqillik illərində Azərbaycan dövlətçiliyi və xalqının tərəqqisi istiqamətindəki müstəsna xidmətləri haqda məlumat verib.
O, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz rolundan bəhs edib, Ulu Öndərin torpaqlarımızın azad olunması ilə bağlı vəsiyyətinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yerinə yetirildiyini vurğulayıb.
Yeni geosiyasi reallıqlar Azərbaycanın qlobal diplomatiya gündəliyini daha da zənginləşdirir - TƏHLİL
“Yeni dövrün çağırışları: güclü iqtisadiyyat və dayanıqlı inkişaf strategiyası” - FOTO
Azərbaycan-Litva parlamentlərarası əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Avropa Parlamentinin qərəzli sənədləri Azərbaycanın müstəqil siyasətinə təsir edə bilməz - Sahil Kərimli
Azərbaycan və Özbəkistan parlamentləri arasında "Yol xəritəsi" imzalanıb YENİLƏNİB