13 may 2022 11:53
1023

“Etilen-polietilen" zavodu gələn həftə öz işini bərpa edəcək

Bu ilin 16 may tarixindən SOCAR "Azərkimya" İstehsalat Birliyinin "Etilen-polietilen" zavodu planlı təmir işləri üçün dayanmadan sonra öz işini bərpa edəcək.

 “İki sahil” xəbər verir ki, bu barədə zavodun direktoru Oqtay Niftəliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, zavod öz fəaliyyətini planlı şəkildə bu ilin 4 aprel tarixində Heydər Əliyev adına Neft Emalı Zavodu (xammal tədarükçü müəssisə - red.) ilə birlikdə dayandırıb.

Oqtay Niftəliyev onu da əlavə edib ki, bu dayanmadan öncə zavod 1,5 il fasiləsiz çalışıb.

Direktor onu da qeyd edib ki, NEZ öz fəaliyyətini bərpa etmədiyi halda da, zavodun kifayət qədər xammal ehtiyatı var ki, öz işini gələn həftənin birinci günündən bərpa etsin.