14 may 2022 08:35
849

Ermənistanda generala qarşı ittiham irəli sürülüb

Ermənistan ordusunun generalı Samvel Karapetyana qarşı ittiham irəli sürülüb.

"İki sahil" Ermənistan mətbuatına istinadən xəbər verir ki, cinayət təqibinə səbəb mayın 10-da baş vermiş atışma olub. Karapetyana qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb, lakin həbs-qətimkan tədbiri kimi yaşadığı yeri tərk etməmək qadağası seçilib.

İstintaq çərçivəsində axtarışlar aparılıb və ekspertiza təyin edilib.

Hazırda təhqiqat aparılır.