15 may 2022 09:27
830

Qasım İsmayılov ən güclülər sırasında

May ayının 13-15-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir.

“İki sahil” xəbər verir ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir.

Yaşı 17-yə qədər olan atletlərdə 61 kq çəki dərəcəsində fərqlənənlərin adları məlum olub. Toplam 218 kq (98+120) nəticə ilə Qazax idmançısı Qasım İsmayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Toplam 185 kq (85+100) nəticə ilə Emil Quliyev gümüş, toplam 166 kq (76+90) nəticə ilə Əmrah Osmanov bürünc medal qazanıb.