16 may 2022 12:53
4146

"Atatürk" roluna görə bu qədər qazanacaq

Türkiyəli aktyor Aras Bulut İynəmlinin baş rolunu canlandıracağı "Atatürk" serialından qazanacağı məbləğ bəlli olub.

"İki sahil" Türkiyə mediasına istinadən xəbər verir ki, aktyora hər bölüm üçün 700 min lirə ödəniş ediləcək.

Qeyd edək ki, layihədə Arasın tərəf müqabili "Harry Potter" filmindəki obrazıyla dünyada tanınan aktrisa Emma Uatsondur. Anası - Zübeyde xanım obrazına aktrisa Songül Öden, atası- "Ali Rıza Efendi"yə isə Mehmet Günsür həyat verəcək.