16 may 2022 14:17
881

Bakıda “Dmitri Sitkovetski ilə görüşlər” adlı silsilə tədbirlər keçiriləcək

May ayının 15-dən 20-dək Bakı şəhərində “Dmitri Sitkovetski ilə görüşlər” adlı silsilə tədbirlər keçiriləcək.

Mədəniyyət Nazirliyindən “İki sahil”ə verilən xəbərə görə, artıq mayın 15-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ilk ustad dərsi keçirilib.

Ustad dərsləri 16 və 17 may tarixlərində davam etdiriləcək.

Bu gün isə sənətçi YARAT Müasir İncəsənət Mərkəzində “XX əsrin dahi pianoçusu Bella Davidoviç” adlı video-mühazirə ilə çıxış edəcək.

Qeyd edək ki, hazırda Londonda yaşayan dünya şöhrətli violin ifaçısı, dirijor Dmitri Sitkovetski Bakıda musiqiçi ailəsində anadan olub. D.Sitkovetski Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi istedadlar üçün açılmış məktəbdə ilk musiqi təhsili almış dahi pianoçu, qocaman sənətkar Bella Davidoviçin oğludur.