16 may 2022 17:05
583

Putin MDB ilə bağlı təklif edib

Rusiya Prezidenti Vladmir Putin MDB-yə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusunun verilməsini təklif edib.

“İki sahil” xəbər verir ki, bu barədə Putin KTMT-nin Kremldə keçirilən sammitində çıxışında bildirib.

KTMT sammitinin yekunu ilə bağlı bəyanat imzalanıb.

Bəyanatda NATO ilə qarşılıqlı fəaliyyət, nasizm, irqçilik və ksenofobiya ilə mübarizəyə dair maddələr yer alıb.

“Avrasiya regionunda davamlı sülhün təmin edilməsində öz məsuliyyətimizi dərk edərək, biz qitədə gərginliyin azaldılmasının vacibliyini vurğulayır və Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə əməli əməkdaşlıq qurmağa hazır olduğumuzu bir daha təsdiqləyirik.

Biz nasist təcavüzünə qarşı mübarizədə birgə töhfəmizlə bağlı tarixi hadisələri saxtalaşdırmaq cəhdlərini qətiyyətlə pisləyirik. Biz birlikdə nasizmi qəhrəmanlaşdırmaq və neonasizmi yaymaq cəhdlərinə, eləcə də irqçilik və ksenofobiyaya qarşı mübarizə aparmağa davam edəcəyik”, deyə bəyanatda qeyd olunub.