23 may 2022 02:10
420

Azərbaycanlı atıcı qızıl medal qazandı

İspaniyanın Qranada şəhərində Beynəlxalq Atıcılıq İdman Federasiyasının Qran Pri-2022 yarışının ilk qaliblərindən biri atletimiz Ruslan Lunyov olub.

AAF media ilə əlaqələr bölməsindən “İki sahil”ə verilən məlumata görə, həmvətənimiz 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada qalib gələrək qızıl medal qazanıb. Azərbaycanlı atlet 26 ən güclü atıcı arasında fərqlənməyə nail olub.

Qranada Qran Pri-si mayın 29-dək davam edəcək. Tüfəng, tapança və stend atıcılığı üzrə yarışlarda 37 ölkədən 250-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.