"Azərbaycan Afrika ölkələri ilə münasibətləri möhkəmləndirməyi davam etdirmək niyyətindədir".
“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Afrika Gününə həsr olunan “Qoşulmama Hərəkatının qiymətləndirilməsində Afrika qitəsinin rolu” adlı konfransda deyib.
“Afrika öz təbii ehtiyatları ilə məşhur olsa da, insan resursları baxımından da böyük potensiala malikdir. Bu potensialdan istifadə etmək və Afrikanın beyin mərkəzləri ilə əməkdaşlıq etmək istəyirik”, - Şəfiyev deyib.
Onun sözlərinə görə, Qoşulmama Hərəkatına üzv ölkələrin 44 günlük müharibə zamanı BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi son dərəcə vacib əhəmiyyət kəsb etmişdi.
Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb