30 may 2022 15:55
880

Bərdədə oğul atasını odlu silahla qətlə yetirib

Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, 23 yaşlı gənc odlu silahdan atəş açaraq atasını qətlə yetirib.

Sərxoş gənc atasını gecə saatlarında güllələyib. Qanlı qətl hadisəsi Bərdə rayonunun Mirzəcəfərli kəndində baş verib.

Bununla bağlı Bərdə Rayon Polis Şöbəsinə rayonun Mirzəcəfərli kəndində Bulud Fərzəliyevin öldürülməsi barədə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının birgə apardıqları araşdırma zamanı Bulud Fərzəliyevi oğlu, əvvəllər məhkum olunmuş Kənan Fərzəliyevin sərxoş vəziyyətdə münaqişə zəminində yaşadığı evin həyətində tüfəngdən açdığı atəşlə öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Kənan Fərzəliyev tutularaq istintaqa təhvil verilib. Ondan cinayəti törədərkən istifadə etdiyi “İJ-16” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.