Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 500 m² olan mebel sexinin yanar konstruksiyaları 300 m² sahədə yanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, sexin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.