06 iyun 2022 18:52
853

Aysel Əskərovanın anasının öldürülməsi iddiası ilə bağlı açıqlama

Baş Prokurorluq həkim-terapevt Aysel Əskərovanın anasının qətlə yetirildiyi iddiasına münasibət bildirib.

“İki sahil” xəbər verir ki,  qurumdan bildirilib ki, 1965-ci il təvəllüdlü Qismət Əskərovanın ölməsi faktı ilə bağlı hazırda Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

“Ölümün səbəbini müəyyən etmək məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, müvafiq izahatlar alıb və digər zəruri prosessual hərəkətlər icra olunur. Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul olunması təmin ediləcək”, - məlumatda deyilir.

Qeyd edək ki, Aysel Əskərova sosial şəbəkə hesabında anası Qismət Əskərovanın öz əcəli ilə ölmədiyini, qarət məqsədilə qətlə yetirildiyini iddia edib.