09 iyun 2022 16:36
714

PSJ-nin yay transferləri üçün büdcəsi

PSJ-nin yay transfer pəncərəsi üçün büdcəsi məlum olub.

“İki sahil” xəbər verir ki, paytaxt təmsilçisi futbolçuların keçidi üçün ayırdığı məbləğ 80 milyon avrodur. Bu barədə "L`Equipe" məlumat yayıb.  Klub öz oyunçularından birini satarsa, transfer büdcəsi arta bilər. PSJ bu 80 milyon 35 milyonunu "Sportinq"dən Nuno Mendeşi birdəfəlik almaq üçün xərcləyib. 

Qeyd edək ki, Nuno PSJ-də icarə əsasında oynayırdı. O, mayın 31-də klubla 4 illik müqavilə imzalayıb.