SOCAR-ın rəsmi mənbələrində əks olumayan hec bir məlumata etibar etməyin
Son zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) adından istifadə edilərək maddi maraq qarşılığında hüquqi və fiziki şəxslərə fərdi və korporativ qaydada əməkdaşlıq, işə düzəltmə, investisiya yatırma imkanları və s. ilə bağlı müxtəlif təkliflər edilir.
SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Xidmətindən “İki sahil”ə bildirilib ki, müraciətlər əsasən, sosial media platformaları, elektron ünvan və ya telefon zəngləri vasitəsilə həyata keçirilir. SOCAR bir daha bildirir ki, mənbəyi məlum olmayan və SOCAR-ın rəsmi mənbələrində əks olumayan hec bir məlumata etibar etməyin.