23 iyun 2022 17:23
1481

Gəncədə 25 yaşlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib - YENİLƏNİB

Gəncədə 25 yaşlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib.

“İki sahil” DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, iyun ayının 23-də günorta radələrində Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini 1997-ci il təvəllüdlü Aynurə Bayramovaya şəhər ərazisində bıçaqla qətlə yetirilməsi barədə məlumat daxil olub. Dərhal polis və şəhər prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, A. Bayramovanın həyat yoldaşı Rauf Vəliyev isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib. Fakta bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb araşdırmalar davam etdirilir.

***

Gəncədə qətl hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin "Posyolka" adlanan ərazisində qeydə alınıb.

1997-ci il təvəllüdlü Aynur Vəliyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq qadın dünyasını dəyişib.

Hadisəni törədən şəxsin tutulması istiqamətində axtarışlar davam edir.

Faktla bağlı araşdırma aparılır.