Belarus öz silah və texnikasını Rusiyaya verə və bununla düşmən Donetsk və Xerson istiqamətindəki qruplaşmalarını gücləndirə bilər.
“İki sahil” Pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Baş Qərargahının Operativ İdarəsinin rəis müavini Aleksey Qromov açıqlama verib.
O, Rusiya ordusunun çoxsaylı itkilər verdiyi üçün Belarusdan hərbi texnika və silah alacağını deyib.
Aleksey Qromov Belarusun Qomel vilayətinin “Zyabrovka” aerodormunda hərbi infrastruktur qurduğunu da əlavə edib.
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib
Cim Retkliff Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib