23 iyun 2022 18:39
209

Türkiyə və ABŞ prezidentlərinin nümayəndələri telefon danışığı aparıb

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə telefon danışığı aparıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı ikitərəfli siyasi və iqtisadi əlaqələr, Türkiyənin NATO-dakı rolu və alyansa verdiyi töhfələr, NATO-nun Madrid Samiti, Qara dənizdən Ukrayna taxılının daşınması məsələləri müzakirə olunub.

Bundan əlavə, Türkiyə rəsmisi İsveç və Finlandiyanın terrorla mübarizədə Türkiyənin tələb və gözləntilərini qarşılamalı olduqlarını bildirib. Onun sözlərinə görə, konkret addımlar atılmadan irəliləyişə nail olmaq mümkün olmayacaq.