24 iyun 2022 12:45
602

İran XİN Yair Lapidə cavab verib

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə ötən gün Ankarada İsrail xarici işlər naziri Yair Lapidin türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında İranla bağlı çıxışına münasibət bildirib.

“İki sahil” xəbər verir ki,  Səid Xətibzadə İsrail XİN rəhbərinin iddialarını əsassız adlandırıb.

Qeyd edək ki, Yair Lapid bildirib ki, Türkiyə kəşfiyyatı İstanbulda İrandan olan bir qruplaşma tərəfindən İsrail vətəndaşlarına sui-qəsd planını aşkara çıxarıb.