Venesuela, Honduras və El Salvador kimi ölkələrdən gələn immiqrantlar ABŞ-ın immiqrasiya siyasətini sərtləşdirməsindən və sığınacaq proqramlarını dayandırdıqdan sonra Mexikoda qalıblar.
“İki sahil” xəbər verir ki, "Casa Tochan" sığınacaq mərkəzi miqrantlara tibbi, hüquqi və psixoloji dəstək, həmçinin iş və mədəni proqramlar təklif edir.
Şəhərdəki bir çox müvəqqəti düşərgələr ləğv edilsə də, qalan bir neçə düşərgədə miqrantlar qeyri-müəyyənliyə baxmayaraq, işləməklə, idman etməklə və uşaqlarını məktəbə göndərməklə həyatlarını davam etdirirlər.
Məhərrəm Ağalaroğlu, “İki sahil”