10 fevral 2016 18:40
278

İtaliyada 66-cı San-Remo musiqi festivalı başlayıb

Bu il 66-cı dəfədir keçirilən festival San-Remo şəhərindəki Ariston teatrında keçirilir.

Builki müsabiqədə iki kateqoriyada ümumilikdə 28 ifaçı yarışacaq. Laura Pauzini, Elton Con, Eros Ramazzotti, Nikol Kidman, Elli Quldinq kimi tanınmış simalar beş gün davam edəcək festivalın qonaqları olacaqlar. Ötən il olduğu kimi, cari il də festivalın qalibi İtaliyanı “Eurovision-2016” mahnı müsabiqəsində təmsil etmək hüququ qazanacaq.

Qeyd edək ki, ilk dəfə 1951-ci ildə keçirilən bu festival İtaliyada ən məşhur musiqi yarışmasıdır.