Qida təhlükəsizliyi nəzarətinə aid edilən malların, o cümlədən qida məhsulları ilə təmasda olan material və məmulatların və məhsulların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı hazırlanacaq.
“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi haqqında" fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti beş ay müddətində qida təhlükəsizliyi nəzarətinə aid edilən malların, o cümlədən qida məhsulları ilə təmasda olan material və məmulatların və məhsulların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Eyni zamanda Nazirlər Kabinetinə məhsulların izlənilməsi qaydasını beş ay müddətində təsdiq etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi nə qədər olub?
Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna MEDİA-TUR TƏŞKİL OLUNUB
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Astarada kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində görülmüş işlər və hədəflər müzakirə olunub - FOTO
Energetika naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə müzakirələr aparıb