Energetika naziri Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dankan Normanla görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan - Böyük Britaniya münasibətlərinin inkişafı, enerji tərəfdaşlığının neft-qaz sektorundan təmiz enerji, dekarbonizasiya və elektrik enerjisi bağlantılarına qədər genişlənməsi məmnunluqla qeyd edilib.
Cəbrayılda bp ilə həyata keçirilən günəş enerjisi layihəsi və neft-qaz infrastrukturunun elektrikləşdirilməsi enerji tərəfdaşlığının yeni mərhələsinin mühüm nümunələri kimi dəyərləndirilib.
Görüşdə yaşıl enerji dəhlizləri və interkonnektorlar üzrə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin inkişafı, texniki-iqtisadi əsaslandırmanın nəticələri, layihəyə beynəlxalq maraq barədə məlumat verilib. Layihənin növbəti mərhələləri üzrə ekspert səviyyəsində müzakirələrin davam etdirilməsi və Britaniya şirkətlərinin bu prosesdə iştirak imkanları nəzərdən keçirilib.
Təmiz enerjiyə keçid sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu çərçivəsində görülən işlər, qarşılıqlı səfərlər və məlumat mübadiləsinin nəticələri müsbət qiymətləndirilib.
Həmçinin Hökumətlərarası Komissiyanın 8-ci iclasına hazırlıq, müzakirə olunacaq məsələlər və müxtəlif sahələr üzrə imzalanması planlaşdırılan sənədlər barədə fikir mübadiləsi aparılıb. Enerji, ticarət və investisiya sahələrində Azərbaycan-Böyük Britaniya tərəfdaşlığının yeni layihələrlə daha da genişləndirilməsi üçün qarşılıqlı fəaliyyətin davam etdirilməsi razılaşdırılıb.
Astarada kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində görülmüş işlər və hədəflər müzakirə olunub - FOTO
Bir ekosistemi qızların təhsilinə dəstəyini davametdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənctələbə adını qazanıb
Kənd Təsərrüfatı Nazirliyində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Bu ilin 8 ayında Azərbaycanın magistral qaz kəmərləri ilə 26 milyard 788 milyon kubmetr qaz nəql edilib
Yanvar-avqust aylarında Azərbaycan Hindistana 524 min 338 ton xam neft ixrac edib