Sabah saat 11:00-da SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək.
"İki sahil"in “Azəriqaz”a istinadən verdiyi məlumata görə, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
Aksiyada həm bu ilin 6 ayının, həm də iyun ayının yekunlarına dair hesabat təqdim olunacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.
Qurum qeyd edir ki, hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir. Sualları baş direktor Ruslan Əliyev cavablandıracaq.
SOCAR-ın prezidenti BYD şirkətinin xarici əlaqələr və yeni biznesin inkişafı üzrə rəhbəri ilə görüşüb - FOTO
SOCAR “Azəri-Çıraq-Günəşli” layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını alıb