17 iyul 2022 23:08
1000

Gənc azərbaycanlı aktrisa vəfat edib

Bakı Uşaq və Gənclər Teatrının aktrisası Gülnar Əlizadə bu gün 29 yaşında ürək çatışmazlığından vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə Trend-ə teatrın mətbuat xidmətindən bildiriblər.

O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin məzunu, 2015-ci ildən Bakı Uşaq və Gənclər Teatrının aktrisasıdır. Evli idi, iki yaşlı qızı qalıb.