23 iyul 2022 08:26
736

Böyük ağ köpək balıqları çimərliklərə hücum edir

ABŞ-ın Nyu-York ştatının Lonq-Aylend şəhərinin bir neçə çimərliyində üzmək müvəqqəti olaraq dayandırılıb. Bu qərar Smit Point Biç-də təlimlərdə iştirak edən xilasedicini köpək balığı dişlədikdən sonra qəbul edilib.

İyunun 30-dan bu yana şəhər sakinləri arasında məşhur olan Cons Biç də daxil olmaqla Lonq Aylend sahilləri boyunca çimərliklərdə insanlara eyni anda beş köpək balığının hücumu baş verib. Onlardan 3-ü köpək balığının dişləməsi nəticəsində ağır yaralanıb.

Mütəxəssislər hesab edir ki, köpəkbalıqlarının çimərliklərdə peyda olmasına səbəb son həftələrdə yaranmış isti hava şəraiti ilə əlaqədar suyun temperaturunun artması olub.

Oxu.Az