02 may 2025 23:12
138

Rusiya Ukraynanın itkilərini açıqladı - 1164-cü gün

Rusiya müharibənin 1164-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 662 təyyarəsi, 283 helikopteri, 54 891 PUA-sı, 605 zenit-raket kompleksi, 23 117 tank və digər zirehli texnikası, 1 554 reaktiv yaylım atəş sistemi, 24 369 artilleriya və minaatanı, 34 874 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.