27 iyul 2022 11:42
637

Çavuşoğlu: Rusiya və ABŞ Suriya ilə bağlı vədlərinə xilaf çıxıb

Rusiya və ABŞ Suriya ilə bağlı vədlərinə xilaf çıxıb.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yerli mediaya müsahibəsində deyib.

O bildirib ki, hər iki ölkə ilə əldə edilmiş razılaşmalara əsasən, onlar terrorçuları Suriyadan təmizləməli idilər.

“ABŞ cavab verməlidir! Terrorçulara niyə dəstək verirlər? Suriyanı parçalamaq istəyirlər? Ya bizə qarşı istifadə edirlər?”, - XİN rəhbəri qeyd edib.

Nazir vurğulayıb ki, ABŞ terrorla mübarizədə səmimi deyil.

Çavuşoğlu İranla da terrorçuların təmizlənməsi ilə bağlı danışıqların aparılıbı

“İranın dərdi nədir?”, - nazir sual edib.