Bərdə rayonunun Alaçadırlı kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyalar yanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.