Dağlar diyarı Lerikdə futbol azarkeşlərin böyük həyəcan və həvəslə gözlədiyi günlər artıq başlanıb. Belə ki, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan Futbol üzrə Lerik Rayon çempionatında ilk turun oyunları öz maraqlı anları ilə yaddaşlara həkk olunub.
Çempionatın təşkilatçılardan biri olan Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov deyir:- Futbol həvəskarların böyük sevincinə səbəb olan yarışin ilk nəticələri bəllidir. Şəhərlilər və Çayrud komandaları arasında keçirilən maçda birincilər 3-0 hesabı ilə qələbə qazanıb. İkinci oyunda isə Lüləkaran komandası Şinəband komandasının qapısından 4 cavabsız top keçirib. Hər iki oyunu çoxlu lerikli izləyib və yaşıl meydançada gedən yarışlardan zövq ala biliblər. Növbəti oyunlara da çoxlu azarkeşin gəlməsinə tam əminəm.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyini üzvü