13 avqust 2022 02:17
493

ÜST meymunçiçəyinin iki variantına yeni adlar verib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri meymunçiçəyi virusunun iki variantının yeni adları ilə bağlı razılığa gəliblər.

“İki sahil” xəbər verir ki,  bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Bu virusun Mərkəzi Afrika variantı bundan sonra “klad I” və Qərbi Afrika növü isə “klad II” olaraq adlandırılacaq.

Virusların adlandırılmasının hazırkı praktikasının məqsədi hər hansı mədəni, sosial, milli, regional, peşə və ya etnik qrupu təhqir etməmək və ticarət, səyahət, turizm və ya canlı təbiətə hər hansı mənfi təsiri minimuma endirməkdir.

Bildirilib ki, meymunçiçəyi virusunun yeni adı ilə bağlı müzakirələr hələ yekunlaşmayıb. Bu məsələ Virusların Taksonomiyası üzrə Beynəlxalq Komitə çərçivəsində müzakirə olunur.