11 may 2025 21:49
168

Əfqanıstanda şahmat qadağan edilib

Əfqanıstan hakimiyyəti şahmat oyununu qeyri-müəyyən müddətə qadağan edib.

İki sahil” xəbər verir ki, bu barədə “Khaama Press” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, şahmatın qadağan edilməsi ilə bağlı qərar “dini mülahizələrə” və Fəzilətin Təbliği və Pisliklərin Qarşısının Alınması Nazirliyi tərəfindən qoyulan məhdudiyyətlərə görə verilib.

Əfqanıstan Şahmat Federasiyası bağlanıb və idmanla bağlı bütün tədbirlər ləğv edilib.

Agentlik xəbər verir ki, İdman Nazirliyinin nümayəndələri qadağanın tətbiqini təsdiqləyiblər.

“Khaama Press” qeyd edir ki, son illərdə Əfqanıstanda şahmat getdikcə populyarlaşır. Bu idman növünün qadağası məlum olmamışdan bir neçə gün əvvəl bir qrup fəal ölkədə şahmatın inkişafına maliyyə ayrılması xahişi ilə müvafiq idarəyə müraciət edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”