Ukrayna NATO-nun iyunda Madriddə keçirilən sammitində Böyük Britaniyanın müdafiə naziri Ben Uolleslə Krım körpüsünün məhv edilməsini müzakirə edib.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Radasının deputatı Aleksey Qonçarenko məlumat verib.
“Biz hələ iyunda Krım körpüsünün məhv edilməsi üçün Ben Uolleslə danışıqlar aparmışıq”, - deyə o qeyd edib.
Bundan başqa, Uollesin Ukraynaya M270 reaktiv yaylım atəşi sistemləri və raketləri, M31A1 idarəolunan raketlər veriləcəyi ilə bağlı vədini qeyd edib.
Avropada milyonlarla avroluq saxta sənət əsərlərinin satışı cəhdinin qarşısı alınıb
Macarıstan Rusiyadan neft və qaz idxalına dair Aİ qadağalarından yayınmağı planlaşdırır